Azərbaycanın aparıcı kabel televiziyası operatoru olan KATV1 şirkəti son günlər Rusiya telekanallarının yayımındakı problemlərlə bağlıaçıqlama yayıb.
KATV şirkəti məhkəməyə verildi - DETALLAR
FED.az xəbər verir ki, şirkətin açıqlamasına görə, son günlər Rusiya telekanallarının yayımında problemlər yaranmağa başlayıb.
«Nəzərinizə çatdırmaq istərdik ki, Ukrayna ilə Rusiya arasında münaqişədə istifadə edilən yeni hərbi texnologiyalar Rusiya telekanallarının yayımında yaranan problemlərə böyük təsir göstərib.
Rusiya telekanallarının hava siqnallarına elektron hücumlar nəticəsində iyunun 12-dən etibarən bütün peyk və kabel televiziyası operatorlarında, o cümlədən KATV1 kabel televiziyasında bəzi telekanalların siqnallarının yayımında müvəqqəti problemlər yaranıb.
Şirkətdən verilən məlumata görə, yeni texnologiyaların tətbiqi sayəsində bu texniki problemlərin əksəriyyəti qısa müddətdə aradan qaldırılıb və əksər telekanallarda yayım bərpa edilib.
KATV1 kabel operatoru ondan asılı olmayan səbəblərə görə Rusiya telekanallarının yayımı ilə bağlı yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir».