Amerikan transmilli maliyyə texnologiyaları və onlayn pul köçürmə sistemi PayPal sosial media sektoruna daxil olur.
Eləcə də bax: Google yeni smartfonlarını təqdim etdi - 599 DOLLARA
FED.az xəbər verir ki, şirkət şəkil paylaşılması və sosial media xidməti olan Pinterest-i satın almaq üçün rekord qiymət təklif edib.
Bir səhmin qiymətini 70 dollardan müəyyənləşdirən PayPal-ın Pinterest-ə ümumi təklifinin həcmi 45 milyard dollardır. Bu isə, rəsmiləşəcəyi təqdirdə sosial media sektorunda ən iri sövdələşmə olacaq. Bundan öncəki rekord 2016-cı ildə Linkedin-i 26,2 milyard dollara alan Microsoft-a məxsusdur.
2009-cu ildə qurulan Pinterest-in aylıq aktiv istifadəçi sayı 480 milyona yaxındır. Bunların təxminən 60%-ni qadınlar təşkil edir. 2019-cu ildə çıxdığı IPO-da (səhmələrin ilkin kütləvi yerləşdirilməsi) şirkət 12 milyard dollardan artıq qiymətləndirilib.
Daxili mənbələrin məlumatına görə, son 1 ildə səhmləri 36% bahalaşaraq, bazar dəyəri 320 milyard dollara çatan PayPal Pinterest-lə bağlı alqı-satqını maksimum qısa müddət ərzində - noyabrın ortasına kimi başa çatdırmaq niyyətindədir. Hələlik tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib. (Marja)