Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən edən komissiya yaradılıb.
FED.az Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, artıq nazirliyə sürətli poçt xidmətlərinin göstərilməsi ilə bağlı müraciətlər daxil olmağa başlamışdır.
Sənədlərə komissiyada baxılmış və müvafiq araşdırma aparıldıqdan sonra komissiyanın qərarına əsasən “Sürət Kargo” Məhdud Məsuliyyətli Cəmiyyətinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilməsinə dair qərar qəbul edilmişdir.
"Bu istiqamətdə həyata keçirilən tədbirlər muxtar respublikada sürətli poçt xidmətlərinin daha təkmil formada göstərilməsinə və inkişafına öz töhfəsini verəcəkdir",- məlumatda bildirilir.