Kompüter elmləri üzrə professor, doktor Devid Levinin açıqlamalarına görə, süni intellekt insanlardan daha sürətli və daha dəqiq qərarlar qəbul edə bilir. Levi süni intellektin bu xüsusiyyətindən dolayı inanır ki, bir gün adi vətəndaşlar onları idarə edənlərin insan deyil, robot olmasını istəyəcəklər.
Süni intellekt texnologiyaları və ağıllı robotlar mükəmməl sürətlə həyatımıza girməyə davam edir.
FED.az xəbər verir ki, bu vəziyyət bəzi qruplar tərəfindən narahatlıqla qarşılansa da, elm adamları süni intellekt və robot texnologiyaları ilə bağlı araşdırmaları davam etdirməyə qərarlıdırlar. Son açıqlamalar isə “Bir gün robotlar dünyaya hakim olacaq" cümləsinin həqiqətə çevrilə biləcəyini göstərir.
Eləcə də bax: “Elon Musk-ın neyrointerfeys layihəsi insanları robotlara çevirəcək”
Robotların bir çox sahədə istifadəsi üçün işlər görülür. Məsələn, bəzi elm adamları robotları yük daşıma işləri üçün təkmilləşdirməyə çalışarkən, bəziləri əsl balıq kimi üzə bilən bir robot yaradaraq dənizləri araşdırmağı planlaşdırır. Bu araşdırmalar robotlardan gündəlik həyatın müxtəlif sahələrində istifadə edilə biləcəyini göstərir, amma robotların siyasətdə nə edə biləcəyi müəmmalı qalmaqda davam edir.
Levinin fikrincə, robotlar gələcəkdə siyasətçiləri əvəz edə bilər. Bunun səbəbi, robotların insanlarla müqayisədə daha sürətli qərar qəbul edə bilməsi və neytrallıq mövzusunda insanlardan daha üstün olmasıdır. Başqa sözlə, Levi robotların daha uğurlu millət vəkili və ya bürokrat ola biləcəyini deyir.
Levi dünya siyasətinin hər keçən gün daha da pisləşdiyini və adi vətəndaşların siyasətçilərə qarşı etimadının azaldığını söyləyir. Levinin sözlərinə görə, bir gün süni intellekt dövlət başçılarından və ya baş nazirlərdən daha sürətli və daha dəqiq qərar vermə səviyyəsinə çatacaqdır. Bu da adi vətəndaşların öz genlərindən olan siyasətçilər əvəzinə, robotları seçmələrinə səbəb olacaq.
TED