Azərbaycanda rəqəmsallaşma və süni intellektin əmək bazarına təsiri və onun yaradacağı probləmlər barədə ilk dəfə rəsmi danışmağa başlayıblar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva Milli Məclisdə hesabatının təqdimatı zamanı hökuməti süni intellektin yaradacağı ixtisarlara hazır olmağa çağırıb.
Onun sözlərinə görə, rəqəmsallaşdırma və süni intellekt bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsir edəcək.
Bu təsiri azaltmaq və texnoloji dəyişikliklərə hazırlıq məqsədilə ölkənin regionları üzrə əmək bazarının öyrənilməsi və işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planı hazırlanmalıdır.
Qeyd edək ki, süni intellekt işçilərin ixtisarına səbəb olmağa başlayıb, artıq robotlar və ənənəvi süni intellktin tətbiqi səbəbindən dünyada 100 minlərlə şəxs ixtisar edilməkdədir.
Ombudsman bu məsələyə də toxunub və bildirib ki, «süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir».











