Sumqayıt Kimya Sənaye Parkının rezident üzvü “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı artırılıb.
“Sumqayıt Texnologiyalar Parkı”nın şirkətlərinə yeni rəhbərlər - TƏYİN EDİLDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, STP-nin nizamnamə kapitalı 12 350 000 manat, 5.5% artırılaraq 238 220 346 manata çatdırılıb.
STP – regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir. STP-nin istehsal etdiyi məhsullar Rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan Türkiyə bazarlarında yüksək keyfiyyəti ilə seçilir və “Made in Azerbaijan” brendi altında satılır.
Hal hazırda 250 hektar ərazidə fəaliyyət göstərən STP-də 12 zavod, 30 dan çox istehsalat sahəsi var və 2 000 nəfərə yaxın işçi çalışmaqdadır.