Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayevin vəzifəsindən azad olunması ilə bağlı məlumatlar yayılıb.
Eləcə də bax: Nazir dövlət şirkətinə direktor - Təyin Etdi
FED.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova yayılan məlumatın doğru olmadığını bildirib: “Bu barədə yayılan məlumat həqiqətə uyğun deyil, Suat Paşayev işinin başındadır”.
Xatırladaq ki, yayılan xəbərdə sözügedən vəzifəyə “Azevrotel” MMC-nin sabiq direktoru Cabit Rəsulovun təyin edildiyi bildirilirdi. (Qafqazinfo)