Yaxın illərdə mobil rabitə siqnallarını ötürən yerüstü stansiyalara ehtiyac olmayacaq. Belə ki, İlon Maskın “SpaceX” şirkəti telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürə bilən ilk “Starlink” peyklərini “Falcon 9” raketi ilə kosmosa buraxıb.
Azərbaycanda İlon Maskın «Starlink» şirkətinə – “YAŞIL İŞIQ” – FƏRMAN
FED.az xəbər verir ki, mobil rabitə şirkətləri hələ 2022-ci ilin avqustunda elan etmişdilər ki, ABŞ-ın mobil operatoru İlon Maska məxsus “SpaceX” şirkətinin “Starlink” peyklərindən Birləşmiş Ştatların bəzi bölgələrində mobil istifadəçilərə şəbəkəyə çıxışı təmin etmək üçün istifadə edəcək.
“Starlink” peyk xidmətlərinin Azərbaycanda aktivləşdirilməsi - TƏXİRƏ SALINIB
Dünyanın digər mobil rabitə provayderləri, o cümlədən Yaponiyanın KDDI (9433.T), Avstraliyanın “Optus”, Yeni Zelandiyanın “One NZ”, Kanadanın “Rogers” (RCIb.TO) birbaşa mobil texnologiyanı işə salmaq üçün “SpaceX” ilə əməkdaşlıq edəcək.
Qeyd olunub ki, birbaşa mobil xidmət əvvəlcə mətn mesajları ilə başlayacaq, daha sonra səs və məlumat imkanları da təqdim ediləcək. (Azərtac)