“SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 ədəd “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb.
“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti - AÇIQLANDI
FED.az xəbər verir ki, daşıyıcı raket sentyabrın 15-də ABŞ-nin Sakit okean sahilləri vaxtı ilə saat 23:38-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kanaveral burnundakı (Florida ştatı) bazasından start götürüb.
Bu, 2019-cu ildən bəri internet peyklərinin orbitə çıxarılan sayca 108-ci, cari ildə isə 29-cu qrupudur. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,1 mindən çox peyk buraxıb. Onların 4,7 mini işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Şirkətin qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. (Trend)