Sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən banklar adından sosial kampaniyalar barədə saxta reklamlar paylaşılır. Vətəndaşlardan kampaniyada iştirak üçün göndərilən keçidə daxil olaraq bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.
Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – XƏBƏRDARLIQ - FOTO
FED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə olunur.