Dünyanın ən böyük mesajlaşma platforması olan Vatsap 400 min nəfəri bloka atıb.
FED.az xəbər verir ki, buna səbəb 2018-ci ildə Braziliyada keçirilən prezident seçkilərində sosial media vasitəsilə saxta xəbərlərin yayılmasıdır.
Şirkət rəsmiləri məlumatı təsdiqləyib:
“Vatsap” şifrəli platformadır. Avtomatik və toplu mesajlaşmaya dair verilən qərarlar mesajlaşma məzmununu deyil, hesab davranışlarını hədəf alır”.
Saxta xəbərlər sayəsində hansı namizədlərin üstünlük qazandığı, hansılarınsa az səs topladığı hələlik açıqlanmayıb.
Modern