Əvvəllər mütəxəssislər PlayStation 5-in adi oyun konsollarının son nəslinə çevriləcəyini düşünürdülər, çünki GeForce Now kimi xidmətlər onların populyarlığını "öldürməli idi".
FED.az məlumat verir ki, TED.az xarici mətbuata istinadən xəbər verir ki, ancaq Yaponiyadan gələn son məlumatlara görə, Sony PS 5-dən sonra konsol istehsal etməyə davam edəcək.
Eləcə də bax: “Sony” qatlanan smartfon - BAZARINA ÇIXIR
Şirkət PS 6, PS 7, PS 8, PS 9 və PS 10 ticarət markalarını qeydə alıb.
Konsolların satışa buraxılmasının ənənəvi dövrünü nəzərə alsaq (hər 6-7 ildən bir yeni nəsil çıxır), PS 10 2050-ci ildə satışa çıxarılacaq.
Burada nəzərə almaq lazımdır ki, şirkət ticarət markalarını təzə qeydiyyatdan keçirib və bu, Sony-nin heç də hamısını istifadə edəcəyi anlamına gəlmir.