İKT

“Sony” milyonlarla “Playstation” satıb - REKORD VURDU

“Sony” milyonlarla “Playstation” satıb - REKORD VURDU | FED.az
08:40 4 Dek 2019

“Playstation” tarixdə ən çox satılan oyun konsolu olaraq “Ginnesin rekordlar siyahısı”na düşüb. Bu barədə şirkət rəsmi “Twitter” səhifəsində bildirib. 

FED.az xəbər verir ki, 25 il ərzində “Sony” şirkəti müxtəlif nəsilli 450 milyon ədəd “Playstation” satıb. 

Eləcə də bax: Sony "PlayStation"ə - DAVAM EDİR

1994-cu ildə çıxan ilk “Playstation” 102,5 milyon tirajı ilə satılıb. “Playstation-2” 2000-ci ilin ən satılan “oyuncağı” olub – 155 milyon ədəd. 2006-ci ildə işıq üzü görən “Playstation-3” ən zəif satılan model olub – 87 milyon ədəd. 

2013-cü ildə “Playstation-4”lə mövqelərini qaytararaq “Sony” 102,8 milyon ədəd konsol satıb. 

Eləcə də bax:  Sony iPhone-u keçdi - YENİ SMARTFON GƏLİR

Oxu

 

Digər xəbərlər