Müasir texnologiyalar hər gün sürətlə inkişaf edir.
FED.az xarici mediaya istinadən son 5 ildə patent almaq üçün müraciət edən icadları təqdim edir:
Boeing-in yanğın söndürmə bombası
Bu bomba standart formada dizayn edilib. Avadanlıq yanğının qarşısını almaq üçün maddələr buraxır.
Apple-ın ekran qoruması
Bu texnologiya həyata keçirilərsə, telefonunuz və yaxud planşetiniz yerə düşəndə telefon ekranı bunu anlayacaq. Texnologiya örtük yardımı ilə telefonun zədələnməsinin qarşısını alacaq.
Amazon-un karqo daşımaları üçün nəzərdə tutulan dronu
İlk addımları bu yaxınlarda atılan texnologiya sayəsində sifarişlər müştərilərə daha tez çatdırılacaq.
Valmart-ın robot arıları
Texnologiya sayəsində bügün sayı azalmaqda olan arıları robot arılar əvəz edəcək.
IBM-in ağıllı geyim texnologiyası
Texnologiya geyim sahibinin ürək döyüntüsü ilə səhhətini də yoxlayacaq.
Xeberler.az