2025-ci ildə Azərbaycanda elektron ticarət əməliyyatlarının həcmi 86,4 milyard manat təşkil edib. Bu, 2020-ci illə müqayisədə 22 dəfə çoxdur.
Agentlikdən xəbərdarlıq: "Sosial şəbəkələrdə alış-veriş etmək təhlükəlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə elektron ticarət əməliyyatlarının həcmi 3,9 milyard manat idi: "Bu artım hər il özünü fərqli şəkildə göstərir. 2021-ci ildə elektron ticarət əməliyyatlarının həcmi 7,2 milyard manat, 2022-də 18,5 milyard manat, 2023-də 39,2 milyard manat, 2024-də isə 66,5 milyard manat olub».











