Çinin “Xiaomi” şirkəti güclü “Mi 11X” smartfonunun tezliklə nümayiş etdiriləcəyini bildirən təsvirləri dərc edib.
Eləcə də bax: “Xiaomi” elektromobilinin qiyməti - Məlum Olub
FED.az xəbər verir ki, “Qualcomm” platforması üzərində qurulan qurğu aprelin 23-də təqdim ediləcək.
Qurğunun əsasını bu ilin fevralında nümayiş olunan “Redmi K40” modeli təşkil edəcək. Bununla yanaşı, proqram təminatında dəyişikliklər olacaq.
Belə ki, “Snapdragon 870” çipi əvəzinə qabaqcıl “Snapdragon 888” prosessoru tətbiq ediləcək. Prosessora 8 hesablama nüvəsi, “Adreno 660” qrafik sürətləndiricisi və “Snapdragon X60 5G” modemi daxildir.
Məlumata görə, smartfon 120 giqahers yeniləmə tezliyinə malik 6,67 düym diaqonallı “AMOLED” ekran, eləcə də 20 meqapikselli ön kamera və 48 meqapikselli əsas sensorlu üçlü arxa kamera ilə təchiz ediləcək.
Enerjini 4520 milliamper/saat tutumlu akkumulyator batareyası təmin edəcək. Smartfon “MIUI 12” istifadəçi interfeysinə malik “Android 11” əməliyyat sistemi ilə tədarük ediləcək. (İctnews)