Smartfon telefonu olan istənilən şəxs “Yeni nəsil rəqəmsal imza”ya sahib ola biləcək.
Eləcə də bax: Azərbaycanda yeni nəsil rəqəmsal imza - TƏQDİM EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə fevralın 11-də “Yeni nəsil rəqəmsal imza” məhsulunun təqdimatı tədbirində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.
O bildirib ki, bu məhsul elektron xidmətlərin əlçatanlığını artıracaq. Yeni imza vasitəsilə elektron hökumət xidmətləri, həmçinin bank, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkün olacaq.
“Yeni yaradılan məhsul Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirəcək, onlayn xidmətlərdən istifadəni təşviq edəcək”, - deyə müşavir əlavə edib.