Dünyanın smartfon bazarında satışların artımı minimuma düşüb. FED.az xəbər verir ki, Strategy Analytics şirkətinin proqnozlarına görə, 2018-ci ildə dünyada smartfonların satışı cəmi 0,8% artacaq. 2017-ci ildə isə artım 1,3% olmuşdu.
Ekspertlər bildirir ki, insanlar getdikcə daha az smartfon almağa başlayıblar. Bunun səbəbi smartfonların daha uzun müdət işləməsi, qiymət artımı, amerika və Çni bazarlarının «doyması» (yən az qala hamının smartfon alması), yeni özəlliklərin azalması, eləcə də dünyadakə iqtisadi qeyri-müəyyənlikdir.
«Strategy Analytics»da hesab edirlər ki, Apple, Nokia və bir neçə Çin şirkəti, o cümlədən Huawei və Xiaomi-də artım 2019-cu ilədək davam edəcək.
«Gartner» şirkəti isə hesab edir ki, smartfonların satışında azalma artıq baş verib. 2017-ci ilin 4-cü rübündə cəmi 408 milyon smartfon satılıb ki, bu da bir il əvvəlkinə nisbətən smartfonov, 5,6% azdır. Ümumilikdə isə 2017-ci ildə dünyada 1,5 milyard smartfon satılıb, artım 2,7% təşkil edib.
Smartfonların satışı aşağı düşüb – İLK DƏFƏ
12:45
3 Mart 2018