“Counterpoint Technology Market Research” şirkəti 2019-cu ilin üçüncü rübünün qlobal smartfonlar bazarının statistikasını açıqlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, qiymətləndirmələrə görə, iyul ayından sentyabr ayına qədər dünya miqyasında 380,0 milyon “ağıllı” smartfon istehsal olunub. Bir il əvvəl bu rəqəm 379,8 milyon ədəd təşkil etmişdir.
Eləcə də bax: "Huawei" və "Samsung" "uçur", "Apple" geriləyir – SMARTFON BAZARI
Beləliklə, sənayenin həcmi demək olar ki, dəyişməz olaraq qalıb. “Samsung” şirkəti lider mövqeyini qoruyub saxlayıb: rüb ərzində Cənubi Koreya nəhəngi 78,2 milyon smartfon sataraq, dünya bazarının 21%-ni tutmuşdur. İkinci yerdə Çinin “Huawei” (66,8 milyon, 18%), üçüncü yerdə isə Amerikanın “Apple” (44,8 milyon, 12%) şirkəti dayanır.
Məlum olub ki, qlobal smartfonlar bazarını bu üç şirkət idarə edir. Əsas tədarükçülərə isə “OPPO”, “Xiaomi”, “Vivo” və “Realme” (9%, 8%, 8%, və 3% müvafiq olaraq) şirkətləri daxildir. Xatırladaq ki, daha əvvəl “Apple” in smartfonlar satışında ikinci yerdən uzaqlaşdırıldığı bildirilmişdi.