2022-ci ildə dünyada smartfonların satışı son 10 ildə ən aşağı həddə düşüb.
Tarixdə ən çox satılan - TELEFON MODELLƏRİ
FED.az International Data Corporation (IDC) şirkətinə istinadən xəbər verir ki, 2022-ci ildə dünyada smartfon satışı 11,3% azalaraq 1,21 milyard ədədə düşüb.
Bu son 10 ildə ən aşağı göstəricidir. İlin ən pis dövrü 4-cü rüb (oktyabr-dekabr ayları) olub. Bu dövrdə smartfon satışları ümumiyyətlə 18% azalaraq 300 milyon ədədə enib.
2022-ci ildə ən çox smartfon satış şirkət «Samsung» olub - 261 milyon ədəd. 2-ci və 3-cü yerləri «Apple» (226 milyon) və «Xiaomi» (153 milyon) tuturlar.
Ötən il smartfon bazarının 21,6%-i «Samsung»un, 18,8%-i «Apple»ın, 12,7% isə «Xiaomi»in payına düşüb.
Smartfon satışlarının azalmasının səbəbi kimi istehlakçı marağının azalması və iqtisadiyyatdakı qeyri-müəyyənlik göstərilir.