Mayın 5-də “Skype” platformasının fəaliyyəti dayandırılacaq.
FED.az xəbər verir ki, bu barədə “Microsoft” şirkəti məlumat yayıb. Bildirilib ki, proqramdan mayın 5-dək istifadə etmək mümkündür. Bundan sonra istifadəçilərin uçot məlumatları “Microsoft Teams” proqramına köçürüləcək.
Qeyd edək ki, 2003-cü ildə yaradılmış “Skype” platformasını “Microsoft” şirkəti 2011-ci ildə almışdı. (Azərtac)