Daha əvvəl xəbər verildiyi kimi, Samsung smartfon istehsalı üzrə Çində olan son zavodunu bağlayır. Hoiçjou fabrikindən iş yerlərini itirən işçilərin özləri Weibo sosial şəbəkəsində işdən çıxarılma prosesini işıqlandırmağa başlayıblar.
FED.az məlumat verir ki, TED.az xarici mətbuata istinadən xəbər verir ki, işdən azad etməni psixoloji yünlüləşdirmək məqsədi ilə Koreya istehsalçısı onlara yalnız kompensasiya deyil, həm də Galaxy S10+ flaqman smartfonu və ağıllı saat verir.
Eləcə də bax: Samsung Çində istehsalı - DAYANDIRIR
İşdən çıxarma növbəsi, prosesin özü və üzərində hədiyyələr olan masanın fotosu fabrikdə 10 il işləmiş bir işçi tərəfindən Weibo-da yerləşdirilib. Fabrikdə o qədər də uzun müddət işləməyən bəzi işçilərə Galaxy A80 smartfonunu hədiyyə edilib.
Çində olan zavodların bağlanmasının əsas səbəbi yerli bazarda Koreya şirkətinin smartfonlarına tələbatın aşağı olmasıdır. Samsung ümid edirdi ki, yerli istehsal vəziyyəti düzəldəcək, lakin onun ümidləri heç də özünü doğrultmadı. Beynəlxalq miqyasda liderliyi inamla qorumağına baxmayaraq Samsung Çində bazarın 1%-dən az hissəsini tutur.