«Siri» xilmətinin yaradıcısı olan «Nuance» şirkətinin Microsoft tərəfindən alınacağı məlum olandan sonra şirkətin səhmləri 18% bahalaşıb.
Eləcə də bax : “Clubhouse”un 1.3 milyon istifadəçisinin şəxsi məlumatları yayılıb
FED.az xəbər verir ki, Nuance şirkəti səsin tanınması üzrə texnologiyalar üzrə ixtisaslaşıb və onun texnologiyaları «Apple»nin məşhur «Siri» xidmətinin yaradılmasında istifadə edilib. Microsoft bu şirkəti 19,7 milyard dollara alıb.
Alqı-satqı barədə məlumat açıqlanan kimi aprelin 12-də «Nuance Communications» şirkətinin səhmləri 18,37% artaraq 53,93 dollara çatıb. Başqa sözlə, Microsoft şirkətin borcları da nəzərə alınmaqla hər səhmə 56 dollar ödəyəcək.
«Nuance» şirkətinin alınması «Microsoft»a imkan verəcək ki, səsli proqram təminatı imkanlarını genişləndirsin. Bloomberg-in məlumatına görə, bu texnologiyalar Microsoft-un bulud texnologiyalarında da, məsələn səhiyə xidmətlərində istifadə ediləcək. Belə ki, onun vasitəsilə həkimlər xəstə qəbulu zamanı səs yazmalı olmayacaqlar.