Muxtar respublikada əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi, xidmətlərin yüksək səviyyədə qurulması istiqamətində müvafiq tədbirlər görülür.
Naxçıvan Turizm Departamentinin internet saytı - “GOV.AZ” ZONASINA KÖÇÜRÜLÜB
Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən FED.az-a verilən xəbərə görə, Şərur rayonunda da sakinlərin müasir internet və rabitə xidmətləri ilə təmin edilməsi diqqətdə saxlanılır. Hazırda, rayonun Mahmudkənd kəndində rabitə xətt təsərrüfatında təmir-bərpa işləri aparılır, metal dirəklər basdırılır, yeni abonent qutuları quraşdırılır, paylayıcı şkaflarda təmir-bərpa işləri həyata keçirilir, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir. Bu məqsədilə 15 ədəd dəmir rabitə dirəyindən, 1000 metrə yaxın müxtəliftutumlu kabellərdən və 5 ədəd abonent qutusundan istifadə ediləcəkdir.
Qeyd edək ki, rayonun Yengicə, Qarxun, Püsyan, Danyeri və Çomaxtur kəndlərində də rabitə xətlərində təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulub.
Bunlarla yanaşı, əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinə nəzarət edilməsi üçün rabitə xətt təsərrüffatının vəziyyəti yoxlanılır, rabitə xətt və abunə qurğularına baxış keçirilir, yaranmış digər nasazlıqlar aradan qaldırılır. Müasir telekommunikasiya avadanlıqlarından istifadə edilərək internet verilişində qırılmaların qarşısının alınması istiqamətində də zəruri tədbirlər görülür.