ABŞ-ın «Huawei» şirkətinə tətbiq etdiyi sanksiyalar təsirini göstərməyə başlayıb.
FED.az xəbər verir ki, bunu şirkətin təsisçisi və prezidenti Ren Jenfey bildirib.
R.Jenfey The Wall Street Journal-a bildirib ki, sanksiyalar nəticəsində 2019-cu ildə «Huawei»in gəliri təqribən 100 mlrd. dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 7 mlrd. dollar azdır.
İki ildən sonra isə zərər 30 milyard dollara çata bilər.
Sanksiyalar təsirini göstərir - «HUAWEI»İN ZƏRƏRİ AÇIQLANDI
16:12
17 İyun 2019