Çiplərə və smartfonlara tələbatın azalması səbəbindən Cənubi Koreyanın “Samsung Electronics” korporasiyası 2022-ci ilin dördüncü rübündə əməliyyat gəlirinin 69 faiz azaldığını bildirib.
«Amazon» tarixində ən böyük ixtisar – 18 min nəfər işdən çıxarılacaq
FED.az xəbər verir ki, bu barədə məlumat kompaniyanın saytında yerləşdirilib.
Ötən ilin oktyabrından dekabr ayınadək olan dövr ərzində əməliyyat mənfəəti 4,3 trilyon von (3,4 milyard dollar) təşkil edib. Halbuki 2022-ci ilin üçüncü rübündə bu göstərici 10,8 trilyon von (8,5 milyard dollar), bir il öncə isə 13,8 trilyon von (10,8 milyard dollar) olub. Satışlar isə ötən illə müqayisədə 8,5 faiz azalaraq 70 trilyon vona (55 milyard dollar) enib.
Həmçinin bütün il ərzində əməliyyat gəlirinin 16 faiz azalaraq 43 trilyon von (33,8 milyard dollar) olacağı, satışların isə 7,9 faiz artaraq 301,7 trilyon vona (237 milyard dollar) çatacağı proqnozlaşdırılır. Daha ətraflı maliyyə məlumatları yanvarın 31-də dərc ediləcək.
“Samsung Electronics” ötən ilin dördüncü rübündə tələbatın gözləniləndən daha çox azaldığını qeyd edib. Bu da öz növbəsində yaddaş çiplərinin qiymətinin ucuzlaşmasına səbəb olub. (Azərtac)