Koreya brendi olan “Samsung”un Azərbaycandakı törəməsi, əməliyyat və marketinq fəaliyyəti ilə məşğul olan “Samsung Electronics Caucasus Company” MMC şirkətinin rəhbəri dəyişib.
Eləcə də bax: "AzInTelecom"a yeni sədr - TƏYİN OLUNDU
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2020-ci ilin martından indiyə qədər rəhbərlik edən Cənubi Koreya vətəndaşı Dongvon Ryu Azərbaycandakı vəzifəsindən ayrılıb və “Samsung Electronics Ukraine”yə rəhbər təyin edilib.
Onu bu vəzifədə Min Huanq (Hwang) əvəzləyib. Min Hwang buna qədər Samsung-un Avropadakı şirkətində çalışırdı.