«Samsung» şirkəti özünün iki yeni aşağı büdcəli smartfonunu təqdim edib.
FED.az xəbər verir ki, Galaxy A seriyasına daxil olan smartfonlar A33 və A53 olub.
Galaxy A53 - 120 Qhr-lik 6,5 dümlük AMOLED-displeyə malikdir, smartfonun əsas kamerası 64 Mp-dir, onu 12 Mp və 2 ədəd 5 Mp kamerası dəstəkləyir. Frontal kamera 32 Mp-dir. Akkumulyator tutumu 5000 mAç.
Əsas göstərici – RAM 6 QB, yaddaş 128 QB-dir.
Samsung Galaxy A33 nisbətən sadə parametrlərə sahibdir – 90 Qhr-lik 6,4 döym diaqonallı displey, əsas kamera 48 Mp, əlavələr 8 Mp və 5 Mp, selfi-kamera isə 13 Mp-dir.
Hər iki model sudan və tozdan IP67 standartı ilə qorunur və 5G şəbəkəsini dəstəkləyir.
Samsung Galaxy A53 aprelin 1-dən 450 dollarla, Galaxy A33 isə aprelin 22-dən 370 dollarlıq qiymətlə satışa çıxacaq.