“Samsung” şirkəti “Samsung Pay” tətbiqində “Mir” kartlarını dəstəkləməyəcəyini açıqlayıb.
Ermənistan bankları Rusiyanın "Mir" kartlarına - XİDMƏT GÖSTƏRMƏYƏCƏK
FED.az xəbər verir ki, bu il aprelin 3-dən etibarən Rusiyada yeni kartların əlavə edilməsi və köhnə kartların istifadəsi mümkün olmayacaq.
Daha əvvəl əlavə edilmiş kartlar tətbiqdən silinəcək. Eyni zamanda, şirkətin saytında qeyd olunur ki, Belarusda tətbiq dəyişikliksiz işləməyə davam edəcək
Xatırladaq ki, 2022-ci ildən “Google Pay” və “Apple Pay” tətbiqləri Rusiyada fəaliyyətini dayandırıb. Alternativ olaraq, “Mir Pay” yaradılıb, lakin bu proqram da “Google Play”dən silinib. (Banker.az)