«Samsung Electronics» şirkəti çip biznesində süni intellektə olan güclü tələbat fonunda üçüncü rübdə 107,4 trilyon von (80,2 milyard dollar) ilkin əməliyyat mənfəəti əldə edib.
FED,az xəbər verir ki, bununla da, şirkətin əməliyyat mənfəəti tarixində ilk dəfə olaraq 100 trilyon vonu keçib.
Şirkətin üçüncü rüb əməliyyat mənfəəti proqnozu ötən ilin eyni dövrü ilə müqayisədə 782% artım göstərir. Gəlirin illik müqayisədə təxminən 127% artaraq təxminən 195 trilyon von təşkil edəcəyi gözlənilir.
Amma gəlirlərin artımına və rekord həddə çatmasına baxmayaraq, «Samsung»un səhmləri cümə axşamı səhəri 0,7 faiz ucuzlaşıb.
«eToro» Asiya-Sakit Okean bölgəsinin baş analitiki Coş Gilbert bildirib ki, “Samsung rekord mənfəət əldə etsə də, yenə də gözləntiləri doğrultmadı. Bu, süni intellekt investisiya mövzusunun nə qədər yüksək gözləntilər yaratdığını göstərir”.
Gilbert bildirib ki, süni intellekt investisiyalarının yaddaş çiplərinə tələbatı artırması və təklifin azalması səbəbindən çip sektorunun böyük perspektivi var. Xüsusilə də hazırda yalnız bir suala cavab verən çatbotlardan çox, yaddaş istehlak edə bilən süni intellekt agentlərinin çoxalması tələbi dəstəkləyir.













