İKT

"Samsung Galaxy S11"in əvəzinə "Galaxy S20" - ÇIXACAQ

"Samsung Galaxy S11"in əvəzinə "Galaxy S20" - ÇIXACAQ | FED.az
09:57 26 Dek 2019

Bəs Galaxy S11, S12... S19 necə?

Mobil sənayenin yenilikləri haqqında tez-tez etibarlı eksklüziv məlumatları paylaşan Ice Universe ləqəbli tanınmış şəbəkə informatoru bu gün gözlənilməz bir bəyanat verib.

Eləcə də bax: Avtomobil qiymətinə olan - "SAMSUNG" TELEFONU AZƏRBAYCANDA - QİYMƏT

FED.az  xəbər verir ki, o, Tvitter mikrobloqunda Samsung-a məxsus növbəti flaqman smartfonun adını nəşr edib. Bu, Samsung Galaxy S20 smartfonu olacaq.

Ən məntiqli ehtimal odur ki, Samsung, Samsung Galaxy S11 adından imtina edərək Galaxy S20 adına üstünlük verib. "Samsung Galaxy S20 - 2020-ci ildə" ən azından, gözəl səslənir.

Smartfon istehsalçıları mütəmadi olaraq yeni cihazları üçün ad seçiminə olan yanaşmalarını dəyişdirirlər. iPhone 8 və iPhone X-in eyni vaxtda çıxdığı iPhone seriyasını xatırlamaq kifayətdir. İki ildən sonra isə bazarda artıq iPhone 11 xətti peyda oldu.

Eyni insayder yaxınlarda internet şəbəkədə ortaya çıxan Samsung Galaxy Fold 2-nin fotoşəkillərinin, həqiqətən, şirkətin yeni əyilən smartfonunu nümayiş etdirdiyini təsdiqləyib və onun ekranının plastiklə deyil, ultra incə şüşə ilə örtüləcəyini əlavə edib. Gələn il bir çox istehsalçı məhz bu variantdan istifadə edəcək.

TED

Digər xəbərlər

Banner