Qlobal smartfon tədarükünün artmasına baxmayaraq, ilin ilk üç ayında iPhone tədarükü təxminən 10% azaldı.
“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb
FED.az xəbər verir ki, International Data Corporation tərəfindən açıqlanan hesabata görə, Samsung birinci rübdə amerikalı rəqibini qabaqlayıb.
Apple şirkətinin son rüblük hesabatına görə şirkət 69,7 milyard dollar satış əldə edib. Qeyd edək ki, Apple bu il bir sıra problemlərlə üzləşib. Əsas bazar olan Çində iPhone satışları azalıb. Son aylarda şirkət bahalı, on illik elektrik avtomobili layihəsindən imtina edib.
Rəqibi isə bazarda lider mövqeyini bərpa edir. Xatırladaq ki, fevral ayında Samsung 19,69 milyon telefon sataraq qlobal bazarda 20% paya nail olub. Eyni dövrdə Apple 17,41 milyon iPhone sata bilib və qlobal smartfon bazarının 18%-ni əhatə edib.
Xüsusilə, Galaxy S24 seriyasının ABŞ və Avropada aldığı müsbət reaksiyalar Samsungun liderliyini bərpa etməsinə böyük töhfə verib. Fevral ayının sonuna qədər seriyanın 6,53 milyon ədədi satılıb.