2024-cü ilin birinci rübündə Samsung dünyanın ən böyük smartfon istehsalçısı olub.
“Samsung” İsrail bazarını - TƏRK EDİR
FED.az xəbər verir ki, Samsung ilk üç ayda tədarük edilən hər beş telefondan birini istehsal edib. Samsung-un tədarükləri il ərzində 6% artıb. Digər yandan Samsung-un 20%-lik bazar payı Apple-ın 17%-lik payını ötüb.
Qlobal bazarda satış payına görədə Samsung rəqibini geridə qoyub. Bu ilin birinci rübünün nəticələrinə görə, Samsung 59,4 milyon dollar həcmində smartfon satmağı bacarıb. Apple-ın satışları isə illik müqayisədə 13% azalma ilə 50,5 milyon dollar olub.
Birinci rübdə Apple-ın tədarükləri illik müqayisədə 13% azalıb, lakin iPhone 15 Pro modellərinə güclü tələbat sayəsində iPhone-un Orta Satış Qiyməti (ASP) birinci rüb üçün rekord vurub. Apple-dan dərhal sonra üçüncü pillədə qərarlaşan istehsalçı Xiaomi olub. Ən yaxşı altı şirkət arasında Xiaomi 2024-cü ilin birinci rübündə illik 34% ilə ən güclü artım göstərən şirkət olub. Ümumilikdə, Xiaomi yanvar-mart ayları arasında dünya üzrə tədarük edilən smartfonların 14%-nə cavabdeh idi.
iPhone hələ də Şimali Amerikada üstünlük təşkil edir. Yanvar-mart aylarında qitədə tədarük edilən smartfonların 52%-i iPhone-lar olub. İkinci yerdə 31% bazar payı ilə Samsung qərarlaşıb. Bu o deməkdir ki, Şimali Amerikada Apple və Samsung birlikdə bazarın 83%-ni təşkil edir. Avropada isə Samsung 32% bazar payı ilə Apple-ın 25% bazar payını qabaqlayaraq lider oldu.