İKT

Şahmat videolarına baxış sürətlə artır – BİR AYDA 8 MİLYON SAAT

Şahmat videolarına baxış sürətlə artır – BİR AYDA 8 MİLYON SAAT | FED.az
08:14 28 Avq 2020

Son aylar dünyada şahmat oyunu videolarına baxışlar sürətlə artmaqdadır.

FED.az xəbər verir ki, bu ilin mart aynıdan başlayaraq Twitch platformasında şahmat oyununu izləyənlərin həm sayı, həm baxış sayı, həm də belə videolara baxış müddəti artmaqdadır.

Xatırladaq ki, «Twitch» kompüter oyunları və kiber idman sahəsində ixtisaslaşan videoyayım servisidir. Adətən bu servisdə canlı kompüter oyunları yayımlanır və hətta kiber turnirlər keçirilir. Amma mart ayından başlayaraq şahmat sürətlə populyarlaşır.

İndiyədək «Twitch»də şahmat yayımları 3 mindən artıq izləyici toplamırjı, amma indi bu rəqəm 10 mini keçərək 11,5 minə yüksəlib. Bu o deməkdir ki, izləyicilər həftədə 2 milyon, ayda isə 8 milyon saat şahmat oyunu izləyiblər.

Şahmatın videosektorda belə sürətlə populyarlaşmasının səbəbi Xikaru Nakamurodur. ABŞ-ın 5 qat çempionu, bütün dünyada məşhur olan 32 yaşlı şahmatçı pətikratnomu hazırda FİDE-nin siyahısında 20-ci yeri tutur. Onun «Twitch»də yaydığı şahmat oyunları getdikcə daha çox tamaşaçı toplayır və hazırda şahmatçının yarım milyondan artıq izləyicisi var.

İzləyicilər onu təkcə əyləncəli kontentə gö.rə deyil, həm də şahmat öyrətməyinə görə sevirlər. Onun sayəsində indiyədək geniş kütlə üçün darıxdırıcı olan şahmat oyunu  əksəriyyətin sevimlisinə çevrilib. Nakamoro şahmat şərhlərinə bəzən şahmata aid olmayan şəxsləri də dəvətedir. Sonuncu maraqlı qonaqlardan biri «Taxt-tac oyunları» filminin aktyorlarını da dəvət edib.

Digər xəbərlər

Banner