Azərbaycanın kibertəhlükəsizlik startapı olan "Cypho"ya bir sıra Avropa ölkələrinin ciddi marağı var.
Sosial şəbəkələrdə 150-dən artıq şəxsin pullarını ələ keçirən haker həbs edildi - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədr müavini Şahin Əliyev Kibertəhlükəsizlik Mərkəzinin 6-cı məzun günündə bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) hesabatına əsasən, Azərbaycan kibertəhlükəsizlik sahəsində son illərdə reytinqdə 40 pillə irəliləyərək dünya orta göstəricisindən yuxarı mövqe tutub: "Azərbaycan bu reytinqdə bir sıra qabaqcıl ölkələri geridə qoyub. Milli strategiyanın qəbul olunması, kadr potensialının gücləndirilməsi və dövlət qurumlarında struktur islahatları bu sürətli inkişafı təmin edən əsas amillər kimi göstərilib".
Ş. Əliyev yerli kibertəhlükəsizlik məhsullarına beynəlxalq marağın artdığını da diqqətə çatdırıb: "Xüsusilə yerli kibertəhlükəsizlik startapı olan "Cypho"ya Türkiyə və bir sıra Avropa ölkələrindən ciddi maraq var, bu istiqamətdə danışıqlar davam edir. Bundan əlavə, Mərkəzi Asiya və Afrika ölkələrindən də mərkəzin fəaliyyət modelinə maraq müşahidə olunur". (Report)










