“Azercell Telekom” MMC 13 May 2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
"Azercell" rouminq tariflərini dəyişdi - YENİ MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, şirkət tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 13 May 2024-cü il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
1. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “İstəSən” tarif paketi və “GəncOl” (“GəncOl 6”, “GəncOl 9", “GəncOl Həftəlik”) tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək. Eyni zamanda göstərilən tarif paketləri çərçivəsində təqdim edilən internetdən istifadə həcmi istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda hər bir MB internet istifadəsinə 0,05 AZN xidmət haqqı tətbiq ediləcək.
Bu dəyişiklər müqabilində abunəçilərə, müvafiq tarif paketlər çərçivəsində təqdim edilən həcmdən əlavə həyata keçirilən şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Eyni zamanda müvafiq tarif paketlər çərçivəsində təqdim edilən internetdən istifadə imkanı ilə bağlı həcm bitdikdən əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə sonrakı internet istifadəsinə görə tarif, həmçinin Paketin yenilənməsi üçün nömrənin balasında kifayət qədər vəsait olmadıqda internet xidmətindən istifadəyə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinə abunəçilər üçün daha əlverişli şərtlər (hər 1 MB internet istifadəsinə görə nəzərdə tutulmuş xidmət haqqı məbləğinin 0,10 AZN-dən 0,05 AZN-ə endirilməklə) tətbiq ediləcək.
2. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün 0,06 AZN xidmət haqqı tətbiq ediləcək. Eyni zamanda müvafiq paket çərçivəsində şəbəkədaxili zənglərin 3-cü dəqiqədən sonra pulsuz olan 1 zəngin müddəti 15 dəqiqədən 20 dəqiqəyə artırılaraq, abunəçilərə daha əlverişli istifadə imkanı yaradılır.
3. Fakturasız (SimSim) və Fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Hədiyyəli eSim” Kampaniyasına yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixədək Kampaniyaya qoşulmuş abunəçilərə Kampaniyanın mövcud şərtləri və qaydaları tətbiq ediləcək.
4. Fakturasız (SimSim) xətt və fakturalı xətt sistemlərinə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri ləğv ediləcək.
Fakturasız (SimSim) xətt sistemində: qeyd olunan tarixdən etibarən, növbəti yenilənmə dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturasız (SimSim) xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.
Fakturalı xətt sistemində: qeyd olunan tarix daxil olduğu cari faktura dövrü bitdikdən sonrakı növbəti faktura (müvafiq olaraq hər ayın 5 və ya 25) dövrünədək digər tarif paketlərinə keçid etməyən fakturalı xətt sisteminə aid nömrələrdə mövcud paket avtomatik olaraq (tarif dəyişikliyinə görə xidmət haqqı tutulmadan) aşağıda sadalanan ardıcıllıq ilə daha əlverişli tarif paketlərinə abunəlik ilə əvəz ediləcək.
№ |
Ləğv olunan Tarif Paketlərinin adı |
Avtomatik qaydada əvəz ediləcək Tarif Paketlərinin adı |
1. |
"Sərbəst 6" |
"SuperSən 1 GB" |
2. |
"Sərbəst 10" |
"SuperSən 3 GB" |
3. |
"Sərbəst 15" |
"SuperSən 6 GB" |
4. |
"Sərbəst 25" |
"SuperSən 20 GB" |
5. |
"Sərbəst 50" |
"Premium 50 GB" * |
6. |
"Sərbəst 75" |
"Premium 75 GB" * |
Qeyd:* "Premium 50 GB" və "Premium 75 GB" tarif paketləri barədə “Azercell Telekom” MMC-nin
rəsmi internet saytında abunəçilərə dəyişiklik ediləcək tarixdən əvvəl məlumatlar təqdim ediləcək.
“SuperSən 1 GB”, "SuperSən 3 GB", "SuperSən 6 GB" və "SuperSən 20 GB" tarif paketlərinə dair məlumat:
“SuperSən 1 GB” tarif paketi |
|
Aylıq ödəniş |
6 AZN |
İnternet həcmi |
1 GB |
Ölkədaxili dəqiqə |
100 dəq |
Pulsuz yazışma |
1 GB (WhatsApp, Facebook Messenger) |
"SuperSən 3 GB" tarif paketi |
|
Aylıq ödəniş |
10 AZN |
İnternet həcmi |
3 GB |
Ölkədaxili dəqiqə |
300 dəq |
Pulsuz yazışma |
1 GB (WhatsApp, Facebook Messenger) |
“SuperSən 6 GB” tarif paketi |
|
Aylıq ödəniş |
15 AZN |
İnternet həcmi |
6 GB |
Ölkədaxili dəqiqə |
400 dəq |
Pulsuz yazışma |
1 GB (WhatsApp, Facebook Messenger) |
"SuperSən 20 GB" tarif paketi |
|
Aylıq ödəniş |
29 AZN |
İnternet həcmi |
20 GB |
Ölkədaxili dəqiqə |
600 dəq |
Pulsuz yazışma |
1 GB (WhatsApp, Facebook Messenger) |
* Hesablama intervalı: zəng üçün – 1 dəqiqə, İnternet üçün – 51 KB. Tarifin qeyd olunan qiymətləri beynəlxalq istiqamətli, o cümlədən xüsusi kodlu (* ilə yığılan) və qısa nömrələrə edilən zəngləri əhatə etmir.
Qeyd:
Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.