Sentyabrın 10-da «Apple» yeni İPhone 11-i təqdim edəcək.
FED.az xəbər verir ki, yeni «iPhone 11» və «iPhone 11 Max» müvafiq olaraq 5,8 və 6,5 düymlük ekranaa malik olacaq. Korpusları şüşədən ibarət olacaq, amma bu əvvəlki modellərdən xeyli möhkəm olacaq. Xüsusilə telefonun arxa tərəfi daha möhkəm parlamayan şüşədən hazırlanacaq.
Eləcə də bax: Yeni “iPhone” modelləri sentyabrın 10-da təqdim ediləcək
Yeni telefonun suya davamlılığı da artacaq. Hələlik smartfonların rəngi dəqiq məlum deyil, böyük ehtimalla qızılı, gümüşü və «Space Gray» rəngləri qalacaq.
Smartfonlar A13 prosessoru ilə təchiz ediləcək, amma onların güü hələ açıqlanmır. Bəzi məlumatlara görə, smartfonlar 4 QB operativ yaddaşa malik olacaq.
iPhone 11-də 3200 mAç, iPhone 11 Max-da isə 3500 mAç gücündə akkumulyator olacaq.
Yeni kameralar isə o qədər güclü olacaq ki, şirkət bununla yeni alıcılar cəlb etmək niyyətindədir. iPhone 11 və iPhone 11 Max-da 3 ədəd 12 meqapikselli kamera olacaq. Bu telefonlar qaranlıqda daha yaxşı şəkil çəkəcək.
Ön kameralar da güclənəcək və 12 meqapiksel olacaq. Telefonlar 128 QB, 256 QB və 512 QB daxili yaddaşlarda buraxılacaq.
Yeni İPhonenin qiyməti isə 128 GB – 999 dollar , 256 GB – 1099 dollar, 512 GB İPhonelər – 1199 dollar olacağı güman olunur.