Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən təşkil olunan və “R.I.S.K Company”, “Azercell Telecom”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsini təşkil edib. Avqustun 28-də müsabiqənin açılış mərasimi baş tutacaq.
Nazirlikdən FED.az-a bildirilib ki, “AZCLOUD Hackathon 2019” müsabiqəsi üzrə qalib komanda 10 min AZN məbləğində pul mükafatı qazanacaq.
Qeyd edək ki, bu il “AZCLOUD Hackathon 2019” Avropanın ən böyük idman arenalarından biri olan, 68 min 700 tamaşaçı tutumlu və UEFA, FIFA və ESSMA-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilmiş Bakı Olimpiya Stadionunda baş tutacaq.
AZƏRTAC