«Telegram»ın sahibi Pavel Durovun həbsindən sonra Rusiya hökuməti məmurlara «Telegram»dakı xidməti yazışmaları silməyi tapşırıb. Bu barədə tapşırıq güc strkuturlarında çalışan məmurlara və prezident administrasiyasının əməkdaşlarına göndərilib. Eyni tarşırıq Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarına da verilib.
Xatırladaq ki, «Telegram»ın yaradıcısı və sahibi Pavel Durov avqustun 24-də gecə Fransanın Le Burje hava limanında həbs edilib. Fransa hökumətinin Durova qarşı əsas ittihamı mesencerdəki şifrələnmiş mesajlardır. Bu ittihamlara görə Durovu 20 il həbs gözləyə bilər.
Qeyd edək ki, «Forbes»in məlumatına görə, Durov 15,5 milyard dollara sahibdir. Əslən rusiyalı olan Pavel Durovun həbsinə görə. Rəsmi Moskva Parisə nota verib, amma Durov bir neçə ölkənin, o cümlədən Fransanın vətəndaşıdır, rəsmi Paris də Durovun Fransa vətəndaşlığını əsas qəbul edir.