Rusiyadakı bir qrup təşəbbüskar azərbaycanlı gənc “bulbul” sosial şəbəkəsini yaradıb.
Azərbaycanda “Facebook”dan istifadə - AZALIB
FED.az xəbər verir ki, bu günlərdə “App Store” mağazasında dünya azərbaycanlılarını birləşdirmək məqsədi ilə yaradılmış yeni sosial şəbəkə yer alıb. Belə ki, “bulbul” (“xarıbülbül” çiçəyinin adının qısaltması) adlı layihənin gələcək üçün möhtəşəm planları var, lakin o, hazırda yalnız “iPhone” platformasında mövcuddur.
Bununla yanaşı, “bulbul” sosial şəbəkəsində həm fiziki şəxs, həm də şirkət, təşkilat və ya birlik kimi qeydiyyatdan keçə bilərsiniz. Bu şəbəkə sadəcə ünsiyyət məqsədilə deyil, həm də biznes üçün effektiv vasitədir, kiçik və orta biznesi, habelə özfəaliyyətlə məşğul olanları dəstəkləyir.
Yeni sosial şəbəkənin müəllifləri bildiriblər ki, uzun müddət öz vətənlərindən uzaqda yaşamaları, öyrəşdiyi məhsulu tapmağın o qədər də asan olmadığı, doğma nitqi eşitməyin nadir hallarda mümkünlüyü onları bu şəbəkəni yaratmağa sövq edib. Hər bir istifadəçini xəritədə və ya dost axtarış sistemində şəhər, cins, yaş, ixtisas üzrə tapa biləcəyiniz platforma yaratmaq ideyası məhz belə yaranıb.
Sonra admin komandası istifadəçilərin təkcə ünsiyyət qurması deyil, həm də bir-biri ilə qarşılıqlı əlaqədə olması üçün iş funksiyasını əlavə edib. Bu yolla “bulbul” sosial şəbəkəsində milli mətbəxə ən yaxın mağaza və ya kafe/restoran tapa bilərsiniz. Şəbəkənin yaradıcıları ümid edirlər ki, istifadəçilər göstərilən səyləri qiymətləndirəcək və bu milli layihəyə fəal dəstək verəcəklər.
Sözügedən tətbiqi “App Store”də “bülbül - social network” adını taparaq https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589 linki vasitəsilə yükləmək mümkündür. (Azərtac)