Rusiyada prezident aparatının daxili siyasət şöbəsinin əməkdaşlarına aprelin 1-dən etibarən «iPhone»-dan başqa telefonlara və başqa əməliyyat sisteminə keçmək tapşırılıb.
FED.az xəbər verir ki, bu barədə Rusiyanın «Kommersant» qəzetinə öz aparatdakı mənbələri məlumat verib.
Onlar bildirib ki, prezident aparatının əməkdaşları üçün yeni və daha təhlükəsiz telefonlar alınacaq ki, onlar amerikan smartfonlarından rahat imtina edə bilsinlər.
Qəzetin yazdığına görə, bu barədə məmurlara martın ortasında bildirilib. Gözlənilir ki, bu tapşırıq daxili siyasətlə məşğul olan regional əməkdaşlara da veriləcək. «iPhone – bitdi, ya atmaq, ya da uşaqlara vermək lazım gələcək»-deyə qəzetə əməkdaşlardan biri bildirib.
Qəzet bildirib ki, aparat əməkdaşları bu təddımın nə qədər vaxib olmasını müzakirə etmək istəyiblər, amma aparat rəhbərini bğirinci müavini Serqey Kiriyenko bu məsələdə «nöqtəni qoyub».
Qəzetin məlumatına görə «iPhone» qadağan olunan şöbənin əməkdaşları 2024-cü ildə nəzərdə tutulan prezident seçkilərinə hazırlıqla məşğul olacaqlar, qadağa da onunla bağlı ola bilər.
Mənbələr bildirib ki, «iPhone»lardan imtina ilə bağlı qərar təhlükəsizliyəf görədir. Belə ki, aparatda hesab ediblər ki, amerika telefonları qərb mütəxəssiləri tərəfindən sındırılmaya, dinlənilməyə və casusluq üçün daha az müdafiə olunub.
Bəzi məmurlar bildirir ki, onlara Ruüsiya əməliyyat sistemi olan «Avrora» və ya «Android» və ya Çin əməliyyat sistemli telefonlar almaq tövsiyə olunub. Yeri gəlmişkən, «Avrora» əməliyyat sistiemi Rusiyada məhz xarici İT nəhəngləri ilə əlaqəsi olmayan sistemi kimi yaradılıb.
Qeyd edək ki, Rusiyanın dövlət qurumu əməkdaşlarının Qərb texnologiyalarından qorunması prosesi hələ ötən ildən başlayıb. Ötən il baş nazirin müavini Dmitri Çernışenko rəqəmsallaşma naziri Maksut Şadayevə bildirib ki, məmurlar ancaq yerli messencerlərə keçməli, eləcə də, video görüşlər üçün isə «Zoom» əməzinə yerli «Trueconf» platformasından istifadə etməlidirlər.
Ekspertlər bildirir ki, yerli smartfonlara keçid casusluq riskini artırsa da, onu tam aradan qaldırmır. İstənilən halda smartfonlar istifadəçinin məlumatlarını toplayıb harasa göndərə bilərlər. Bu məlumatların hara nə məqsədlə göndərildiyini sonadək izləmək mümkün deyil».