Rusiya prezidenti Vladimir Putin ölkədə fəaliyyəti qadağan edilmiş resurslarda reklam verməyi qadağan edən sərəncam imzalayıb.
FED.az xəbər verir ki, bu qərara əsasən müxtəlif sosial şəbəkələrdə, o cümlədən «İnstagram» və «Facebook»da reklam vermək qadağan edilir. Yeni qanun 2025-ci ilin sentyabrın 1-dən qüvvəyə minir.
Hökumətin bu qərarla bağlı məlumatında deyilir ki, Rusiyada «Instagram» və «Facebook» qadağan edilsə də, ölkə vətəndaşlarının bir hissəsi bu qadağadan keçərək sosial şəbəkələrdən istifadə edirlər. Bu sahəyə verilən reklamdan sosial şəbəkələrin gəliri 50-90%-ə çatır. «Bu pullar isə ölkəmizə qarşı yeni kontentin hazırlanmasına sərf edilə bilər» -deyə hökumət vətəndaşlara bildirib. Eyni zamanda rusiya rəsmiləri bildirir ki, bu qərarlar nəticəsində xarici agentlər reklam gəlirlərinin gəlirlərinin 50-80%-ni itirirlər.
Rusiyanın bloggerlər və agentliklər assosiasiyasının prezidenti Yuliya Dolqova bildirib ki, yeni qanun ərəfəsində bloggerlər reklam qiymətlərini 20–50% artırıblar. Nəticədə hazırda 50 min nəfər auditoriyası olan bloggerin reklamı 5-15 min rubl və ya 60-180 dollar, izləyici sayı 100-500 min arasında olan bloggerlərdə 30–100 min rubl və ya 360-1100 dollar, daha iri bloggerlərin reklam postu isə 800 min rubl (9-10 min dollar) və daha yuxarı başa gəlir.