Ötən il rusların iPhone-a tələbi 2021-ci illə müqayisədə demək olar ki, iki dəfə azalıb.
FED.az xəbər verir ki, bu barədə “Marvel Distribution” analitiklərinin məlumatlarında bildirilir.
2022-ci ildə ruslar arasında iPhone-a tələbat demək olar ki, iki dəfə azalıb. Söhbət ondan gedir ki, yanvar-noyabr aylarında satışlar 2,2 milyon ədəd təşkil edib, bu da ötən illə müqayisədə 48% azdır.
Şirkeət bildirir ki, iPhone-a tələbat hər yerdə - satıcılar, şəbəkə şirkətləri və bazarlarda müşahidə edilib. Azalma 19%-dən 45%-ə qədər dəyişirö Eyni zamanda, bazar ekspertləri satışların azalmasının Apple brendinin Rusiya bazarını tərk etməsi və rəsmi tədarüklərin dayandırılması ilə bağlı olduğu qənaətindədirlər. Həmçinin Rusiya banklarının müraciətləri AppStore-dan silinməyə başladı və nəhayət ruslar özləri də xərcləri azaltmaqla daha çox qənaət etməyə başladılar.
Analitiklər hesab edirdilər ki, iPhone satışlarında azalma gözlənilən idi. Həmçinin, tələbatın azalması statistikası ölkəni tərk edən ruslar tərəfindən doldurula bilər, çünki onların əksəriyyəti Apple məhsullarının aktiv istifadəçiləri idi.
Dekabrın əvvəlində TrendForce analitik agentliyi məlumat yaymışdı ki, 2022-ci ilin üçüncü rübündə smartfon istehsalçıları ümumilikdə 289 milyona yaxın smartfon istehal ediblər ki, bu da ötən ilin analoji dövrünün nəticəsi ilə müqayisədə 11% azdır. Şirkət bu zəifləməni qlobal inflyasiya fonunda smartfonlara tələbatın azalması ilə izah edib.