Banner

İKT

Rusiyada bu sosial şəbəkələrə - GİRİŞ PULSUZ OLACAQ – SİYAHI

Rusiyada bu sosial şəbəkələrə - GİRİŞ PULSUZ OLACAQ – SİYAHI | FED.az
11:47 25 Yan 2020

VKontakte, Odnoklassnik, həmçinin Türkiyəyə məxsus Vir messenceri

FED.az xəbər verir ki, Rusiya hakimiyyəti ölkə əhalisi üçün pulsuz istifadəyə veriləcək internet servislərin siyahısını hazırlayıb.

Eləcə də bax: Yeni sosial şəbəkə "Facebook"u - GERİDƏ QOYDU

Belə ki, istifadəçinin balansında pul olmasa (red: internet üçün balans nəzərdə tutulur) belə, sosial şəbəkələrə və bir neçə sayta daxil ola biləcək.

Siyahı dörd kateqoriyaya bölünür:

  • Dövlət informasiya resursları: bura dövlət qurumlarının portalları, nazirliklərə məxsus saytlar və xəbərlər, hakimiyyətin yerli və regional saytları daxildir;
  • Sosial şəbəkələr: bu kateqoriyaya VKontakte, Odnoklassnik, Moy Mir, V kruqu druzey, Mir tesen, Fotostrana, Dnevnik şəbəkələri aid edilir:
  • Poçt servisləri: siyahısında Yandex. Poçta, mail.ru, km.ru yer alıb;
  • Digər vacib informasiya resursları.

Maraqlıdır ki, "digər informasiya resursları"na Turkcell mobil operatoruna məxsus Vir messencerinin adı daxil edilib, lakin WhatsApp və Teleqram kimi populyar messencerlərin adı yoxdur.

Məlumata görə, Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi siyahını hələ tam şəkildə yekunlaşdırmayıb. Kateqoriyaya əlavələrin olacağı gözlənilir.

Qeyd edək ki, bu proqram Rusiya prezidenti Vladimir Putinə məxsus "Əl çatan internet" layihəsi çərçivəsində icra edilir.

TED

 

Digər xəbərlər

Banner