Rusiyada «Android» və «iOS» əməliyyat sisteminin alternativinin yaradılmasına başlanılıb.
FED.az xəbər verir ki, bu ölkənin «Bazalt SPO» şirkəti mobil cihazlar üçün yeni əməliyyat şirkəti yaratmaq üçün işlərə başlayıb. «AltPhone» adlanan sistem hazırla bütün dünyada istifadə olunan «Android» və «iOS» əməliyyat sistemini əvəz edə bilər.
Şirkət nümayəndələri bildirib ki, hazırda əməliyyat sistemi hazırlanma mərhələsindədir və onun üzərində işlər hələ bitməyib. Onların sözlərinə görə, platformanın əsasında «Linux» və onun proqram komponentləri dayanır. Bununla yanaşı, «Bazalt SPO» şirkəti sistemin nə vaxt işə düşəcəyi və ona tələb olunan investisiyaların məbləği ilə bağlı açıqlama verməyiblər.