“YouTube”da Rusiya qurumlarına və fiziki şəxslərə məxsus kanalların silinməsinə görə Rusiya məhkəmələri tərəfindən Google-a tətbiq edilən cərimələrin məbləği 20 desillyon (decillyon) dolları keçib.
"Youtube"un həmtəsisçisi: "Şirkəti "Google"a satdığım üçün peşman deyiləm"
FED.az xəbər verir ki, Rusiyanın TASS xəbər agentliyinə danışan hüquq eksperti İvan Morozov bildirib ki, “YouTube”da bəzi kanalların silinməsinə görə ölkədə “Google”a inzibati cərimələr tətbiq edilib.
Sözügedən cərimələrin 9 ay ərzində ödənilməməsi halında məbləğin hər gün ikiqat artdığına diqqət çəkən Morozov, "Məhkəmə bu cəriməni ləğv edə bilməz və Google qərarı icra etmədiyi üçün cərimənin hər gün ikiqat artır" deyib.
Google-a qarşı iddia ilə məşğul olan və adı açıqlanmayan vəkil bildirib ki, məhkəmə qərarı nəticəsində Google-un Rusiyanın 17 televiziya kanalına ödəməli olduğu təzminat məbləği 20 desillyon (decillyon) dolları keçib.
Son illərdə Google Rusiya dövlət kanalları da daxil olmaqla, Rusiya qurumlarına və şəxslərə məxsus bir çox kanalı YouTube-dan silib.
ABŞ-da yerləşən şirkət 2022-ci ildə Rusiyadakı törəmə şirkəti üçün maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün iflas prosesinə başlayıb.
Mütəxəssislər bildirirlər ki, Google-un Rusiyada cərimələri ödənilməz həddə çatdığından, şirkətin xidmətlərinə çıxış Rusiyada bloklana bilər.
Dünya Bankının məlumatlarına görə, 2023-cü ildə dünya iqtisadiyyatının həcmi təqribən 105 trilyon dollardır, 20 desillyon dollar isə bu rəqəmin kvintillyon qatı deməkdir. (Marja)