“Keepface Influencer Marketing” Platformasının rəsmi dəstəyi ilə “FA International Trade Events” tərəfindən təşkil edilən, biznes və marketinq dünyasının yüksələn trendi “Influencer Marketing” strategiyalarının müzakirə olunacağı Global Influencer Day, 27-28 Oktyabr tarixində paytaxt Bakıda keçiriləcək.
FED.az xəbər verir ki, bu il ikinci dəfə təşkil edilən tədbir markalar ilə influencerləri bir araya gətirməyi hədəfləyir. “Global Influencer Day”in iştirakçıları arasında influencerlər, marka nümayəndələri, marketinq və PR üzrə mütəxəssislər, media nümayəndləri və iş dünyasından olan şəxslər yer alacaq.
“Microsoft”, “Google” və “Instagram” kimi nümayəndələrin, öz sahəsinin peşəkarlar olan spikerlərin və uğurlu investorların da yer alacağı tədbir çərçivəsində panellərdə təqdim ediləcək mövzular arasında rəqəmsal marketinqin yeni trendləri, sosial medianın qarşılıqlı təsiri, influencer marketing və s. yer alacaq.
Konfransda, həmçinin uğurlu işlərə və yeniliklərə imza atan investorlar və şirkət sahiblərinin influencer maretingin marketinq və kommunikasiya dünyasına necə təsir etdiyini və bu sahədə olan yenilikləri dəyərləndirəcəklər.“Global Influencer Day”də bu il spikerlər qismində isə “Microsoft”un Azərbaycan, Türkmənistan, Tacikistan üzrə rəhbəri Sərxan Həşimov, “Forbes Global Entrepreneurship”in yazarı Elmira Bayraslı ve “Google Marketing Solutions & Personal Branding” Coach Nina Levçuk və s. kimi adlar var.
“Keepface”in layihə rəhbəri Vaqif Abbasov isə “Facebook” sosial şəbəkəsi üzərindən xəbər verib ki, Səudiyyə Ərəbistan vətəndaşı, robot Sophia Bakıda təşkil edilən “Global Influencer Day” tədbirində çıxış edəcək.
Sophianın istehsalçısı Hanson Robotics, Las Vegas Universitetindəki mütəxəsis və alimlər ilə birlikdə Sophianı inkişaf etdirmək üçün çalışdıqlarını açıqlamışdı. Hong Konglu araşdırmaçılar tərəfindən inkişaf etdirilən və insani özəllikləri ilə internet aləminin gündəmini zəbt edən Sophia, Morgan Freeman ilə etdiyi reportajdan sonra adından çox söz etdirmişdi. Dünyanın bir çox nötqəsinə ziyarətlər həyata keçirmişdi.
Bu gün robot Sophia insanlara xas olan 68 üz ifadəsini ala bilir. İnsanları izləyə və onların üzlərini yadda saxlamaq bacarıqlarına sahibdir. Ünsiyyət zamanı insanların gözlərinin içinə baxır, bu da təbiilik yaradır. Sanki normal insanlar arasındakı ünsiyyət kimi. Ona insan cildini təqlid edən materiallardan qaş, dodaq, sima yaradıblar. Hong-Konga məxsus olan Hanson Robotics şirkətinin əsasını David Hanson qoyub. D.Hanson daha əvvəlki açıqlamasında bildirmişdi ki, “Sophianın bir bədən ilə birləşdirilməsi onun insanlar arasında daha rahat hərəkət etmək və yaşamasına kömək olacaq”.
Qeyd etmək yerinə düşər ki, peşəkar spikerlər tərəfindən marketinqin bu günü və gələcəyi ilə bağlı faydalı məlumatlar danışılan və “Marketing Meetup” konfransının beşincisi “Marketing Meetup Experience” aprelin 19-da Türkiyənin “Uniq Hall”unda baş tutmuşdu. Sophianın yer aldığı panelə baxmaq istəyənlər linkə keçid edə bilərlər. Panel bütünlüklə ingilis dilində aparılıb. Amma videoya ingilis dilində altyazı ilə də baxa bilərsiniz.
Global Influencer Day ilə bağlı son yenilikləri influencerday.org internet saytından izləyə bilərsiniz.
Spikerlərin siyahısı ilə isə aşağıdakı linkdən tanış olmaq olar.
http://influencerday.org/speakers
Ötən il təşkil edilən “Global Influencer Day” ilə bağlı xülasə videonu təqdim edirik.