Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) aparatına rəhbərlik müvəqqəti olaraq Yaşar Hacıyevə tapşırılıb.
Eləcə də bax: Əli Abdullayev nazirlikdəki - İŞİNİ İTİRDİ
FED.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumatda deyilir ki, Y.Hacıyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşaviridir.
O, əvvəllər "Azərkosmos" ASC-nin sədrinin köməkçisi, təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 24-də imzaladığı sərəncamla nazirliyin aparat rəhbəri Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib. (Report)