Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 2 mart 2023-cü il tarixində saat 09:30-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinlərini qəbul edəcək.
FED.az xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 1 mart 2023-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək mümkündür.