Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının və müvafiq sahədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə görüşüb.
Almaniya investorları Azərbaycana pul qoymağa dəvət edilib
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, görüşdə iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və alman şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.